
Azərbaycanda körpə ölümləri ilə bağlı QORXUNC STATİSTİKA
"Azərbaycanda körpələrin ilk 6 ayda ana südü ilə qidalandırılması 12-14 faizdir. Bu, olduqca aşağı rəqəmdir və bununla bağlı ciddi tədbirlər görülməlidir".
Lent.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı "İlkin səhiyyə xidmətləri və qeyri-yoluxucu xəstəliklərlə mübarizədə potensialın artırılması" mövzusunda seminarda deyib.
Onun sözlərinə görə, körpələrin ana südü ilə qidalandırılması faizinin artmasına yönəlik addımlar atılmalıdır: “Azərbaycan iqtisadi inkişaf baxımından orta və yüksək səviyyəli ölkələr sırasındadır. İnkişaf edən ölkələrdə körpə ölümlərinin əmsalı hər 1000 diri doğulana 9-10 səviyyəsindədirsə, Azərbaycanda bu göstərici 19-dur. Ana ölümlərində də rəqəmlər iqtisadi baxımdan eyni səviyyədə olan ölkələrlə müqayisədə yuxarıdır. Azərbaycanın iqtisadi səviyyəsi yüksəkdir. Əgər problemlərin səbəbləri bilinməsə, onun qarşısı alına bilər. Əgər bir ana qarşısı alına bilinən qanaxmadan ölürsə, bu, ciddi problemdir. Hər bir ölkədə, o cümlədən, Azərbaycanda da ana ölümlərini araşdıran qurumlar var. Lakin vəziyyəti yaxşılaşdırmaq üçün daha çox işlər görülməlidir". H.Harmancı əlavə edib ki, 2007-2014- cü illərdə ana ölümləri 100000 diri doğuşa görə 35.5 faizdən 14.6 faizə düşüb.
Oxşar yazılar

Həyat heç vaxt əvvəlki kimi olmayacaq: Ulduzlar bu BÜRCLƏRƏ nə vəd edir
15 iyul 2025 , 00:02
İsti insanları öldürür - və bu, son deyil: Məyusedici PROQNOZ
14 iyul 2025 , 19:46
Sabah günorta saatlarında çölə çıxanlara XƏBƏRDARLIQ
14 iyul 2025 , 19:05
Bu həftə şanslı biletini tapacaq BÜRCLƏR
14 iyul 2025 , 18:21
Arıqlamaq istəyirsiniz? - Səhər yeməyini saat 11-dən sonra yeyin
14 iyul 2025 , 17:36
İstilər bu tarixədək davam edəcək
14 iyul 2025 , 16:46
Azərbaycanda yeni milli parklar yaradıldı - SƏRƏNCAM
14 iyul 2025 , 16:33
“Sputnik Azərbaycan” Mətbuat Şurasında MÜZAKİRƏ EDİLDİ
14 iyul 2025 , 16:21