İŞİD liderini əvəz edəcək şəxs də öldürüldü - AÇIQLAMA
29 oktyabr 2019 18:12 (UTC +04:00)

İŞİD liderini əvəz edəcək şəxs də öldürüldü - AÇIQLAMA

İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadini əvəz edəcək şəxs öldürülüb.  
 
APA-nın xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Twitter”də bildirib.
 
Onun sözlərinə görə, əl-Bağdadinin xələfini ABŞ hərbçiləri məhv edib.
 
“Çox güman ki, o ən yaxşı yeri tutacaqdı. Artıq o da ölüdür!”, - Tramp vurğulayıb.
 
ABŞ Prezidenti öldürülən terrorçunun adını açıqlamayıb.
 
Qeyd edək ki, Prezident D. Tramp İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin ABŞ hərbçilərinin Suriyanın İdlib vilayətində keçirdiyi əməliyyat zamanı öldürüldüyünü bəyan edib. İŞİD-in yeni liderinin Abdullah Qardaş olması barədə məlumatlar yayılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1409

Oxşar yazılar