467
16:00
28 Oktyabr 2019

® Gənc öz müəllim atasına kontakt home-la birlikdə sürpriz etdi – VİDEO

“Mənim atam həm ideal müəllim, həm də ideal atadır” – bu sözlər Kontakt Home-un “Ən xoş xatirə” müsabiqənin qalibi Aytən Mirzəliyevaya məxsusdur. O, öz müəllim atasını “Müəllimlər Günü” münasibətilə təbrik etmək üçün şirkətin Facebook səhifəsində keçirilən müsabiqəyə qoşulmuşdu.

Müsabiqənin şərtlərinə görə səhifənin izləyiciləri sevimli müəllimləri barədə ən xoş xatirəsini paylaşmalı idilər. Ən çox bəyənilən şərh sahibi və onun müəllimi Kontakt Home tərəfindən 500 AZN-lik hədiyyə kartları ilə mükafatlandırılacaqdı.

Aytən xanımın ilk müəllimi, həm də atası olan Mirbala Qədimov haqda paylaşdığı xatirə 1000-ə yaxın şərh arasından izləyicilər tərəfindən daha çox bəyənildi və o, müsabiqənin qalibi seçildi.

Mirbala Qədimov artıq 27 ildir ki, Xızı rayon Ağdərə kənd orta məktəbində çalışır. Onu öz şərəfli işindən ayırmadan təbrik etmək üçün Kontakt Home kollektivi Aytən xanımla birlikdə onun çalışdığı məktəbə yollandılar. Müəllim və şagirdlərlə birlikdə maraqlı zaman keçirdilər.

Bu gözəl və səmimi anları aşağıdakı videodan izləyə bilərsiniz:

Ömrünü ömürlərə həsr edən müəllimlərimizin əməyi, fədakarlığı ölçülməzdir!

Əziz müəllimlər, sizə olan sevgimiz sonsuzdur!