Vanilli şirniyyatın hazırlanması - Usta öz sirlərini açır: <span style="color:red;">Lent.az-ın mətbəxi
27 oktyabr 2019 14:01 (UTC +04:00)

Vanilli şirniyyatın hazırlanması - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
 
Bu dəfə sizi sosial şəbəkədə “Bis-Dus Babayeva” adı ilə məşhur olan səhifəyə istinadla vanilli peçenyanın necə hazırlanması ilə tanış edəcəyik
 
Tərkibi:
 
1 stəkan un, 1 stəkan şəkər tozu, 3 ədəd yumurta, 200 qr yağ, qovrulmuş yerfındığı, vanil, qabartma tozu.
 
Hazırlanma qaydası:
 
Şirniyyatı hazırlamaq üçün qab götürürük. İçərisinə yumurta və şəkər tozunu əlavə edib mikserlə çalırıq. Sonra yağı əlavə edib qarışdırırıq. Daha sonra vanili və qabartma tozunu əlavə edirik. Sonra unu töküb birlikdə qarışdırırıq. Xəmir hazır olduqdan sonra yumrulayırıq. Daha sonra yumurladığımız şirniyyatın bir üzünü qovurulub, doğranmış yerfındığına batırıb, sobaya qoyacağımız qba düzürük. Daha sonra sobaya yerləşdirib bişiririk. Peçenya hazır olduqdan sonra servis edirik.
 
Nuş olsun!
 

# 2385
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar