"Qarabağ"ın yarımmüdafiəçisi UEFA-nın ən yaxşı 5 futbolçusu sırasında
26 oktyabr 2019 16:34 (UTC +04:00)

"Qarabağ"ın yarımmüdafiəçisi UEFA-nın ən yaxşı 5 futbolçusu sırasında

 
UEFA Avropa Liqasının qrup mərhələsində 3-cü turundan sonra futbolçuların reytinq cədvəlini açıqlayıb.
 
Lent.az qol.az-a istinadla xəbər verir ki, ən yaxşı 5 futbolçu sırasına “Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintana da düşüb. İspan futbolçu 5110 xalla “Sevilya”lı Franko Vaskesdən (5537 xal) sonra ikinci yeri turur.
 
 
Dani 3 qrup oyununda 184 dəqiqə meydanda olub, 2 qol vurub və 2 qolun ötürməsini edib. Onun dörd zərbəsi çərçivəyə gedib. Bundan başqa Daninin 135 ötürməsindən 108-i dəqiq olub.
 
İlk beşlikdə sonrakı üç yeri müvafiq olaraq Sergey Milinkoviç-Saviç (“Latsio”), Doniell Malen (PSV) və Brunu Fernandeş (“Sportinq”) tutur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1731

Oxşar yazılar