
Əlilliyi ləğv olunanların sayı AÇIQLANDI
“Aparılan araşdırmalar nəticəsində 2500-dək yanlış əlillik təyinatı aşkar edilərək ləğv olunub. Bu istiqamətdə araşdırmalar davam edəcək”.
APA-nın xəbərinə görə, bunu Prezident İlham Əliyevin yanında keçirilmiş iqtisadi müşavirədə verilmiş tapşırıqların icrası ilə əlaqədar görüləcək işlərin müzakirəsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında nazir Sahil Babayev bildirib.
Nazir deyib ki, əlillik təyinatlarının aparılmasına da ciddi nəzarətin həyata keçirilməsini tapşırıb.
O, qeyri-rəsmi məşğulluğun qarşısının alınması tədbirlərindən bəhs edib, bu il əmək müqavilələrinin sayında artıq 138 min artımın olduğunu, əmək münasibətlərinin leqal müstəvidə qurulması ilə bağlı ciddi monitorinqin vacibliyini diqqətə çatdırıb.
“Dövlət başçısının müvafiq Sərəncamı ilə cari il sentyabrın 1-dən ölkəmizdə minimum əməkhaqqı məbləği 250 manata çatdırılıb və heç bir müəssisədə işçilərə 250 manatdan aşağı məbləğdə əməkhaqqı verilə bilməz. Ona görə bu sahəyə ciddi nəzarət edilməlidir”.
Oxşar yazılar

Bu üç ayda doğulmusunuzsa... iyul ayı çox uğurlu olacaq
3 iyul 2025 , 00:02
Artıq bu həftə: Parlaq romantik dövr yaşayacaq 3 BÜRC
2 iyul 2025 , 18:44
Sabahın tibbi-meteoroloji PROQNOZU
2 iyul 2025 , 18:17
Azərbaycanda şəxsiyyət vəsiqələrinin forması dəyişir
2 iyul 2025 , 17:40Azərbaycanda saxta dərmanlar harada və necə satılır? - ARAŞDIRMA
2 iyul 2025 , 17:18
Dünya xəritəsində YENİ OKEAN: Yeri qlobal qəyişikliklər gözləyir
2 iyul 2025 , 16:33
Bakıda qəzalı binalarla bağlı komissiya yaradıldı
2 iyul 2025 , 16:04
Azərbaycanda tur adı ilə yayda istirahət etmək istəyənləri necə aldadırlar? - ARAŞDIRMA
2 iyul 2025 , 16:04