
Bakının əsas prospektlərinin birində hərəkət iflic oldu - SƏBƏB
0
0
Babək prospekti (maşın bazarının qarşısında) sıxılmış qaz borusunun daşınması zamanı əmələ gələn çətinlik nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradıb.
Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilib ki, hazırda Babək prospektində şəhər istiqamətində sıxlıq müşahidə edilir. Bu səbəbdən həmin ərazidən keçən müntəzəm marşrut xətlərinin intervalında da gecikmələr var.
0
0