Nazənin bu dəfə onunla oxudu -<span style="color:red;"> VİDEO
25 oktyabr 2019 09:07 (UTC +04:00)

Nazənin bu dəfə onunla oxudu - VİDEO

Müğənni Nazəninin yeni duet ortağı məlum olub. Lent.az-ın məlumatına görə, ifaçı bu dəfə həmkarı və dostu Əflatun Qubadovla “Ay ömrüm günüm” adlı mahnını lentə alıb. Nazənin yeni işləri barəsində təəssüratlarını da bölüşüb: “Duet ortağı seçmək çətin məsələdir. Duet ifa etmək üçün mahnı seçmək də ondan çətindir. Bu sənətdə çox nadir insanlar var ki, onlara həqiqətən də dost demək olar. Əflatun mənə həm dost, həm də qardaşdır. Birgə mahnı ifa etmək çoxdankı ideyamız idi. Onu təqdim etmək bu günə qismətiymiş. İlk dəfə “Hər şey daxil” verilişində ifa etdik, amma bu gündən etibarən “youtub” kanalına yüklənib. Düşünürəm ki, bu mahnı insanlar tərəfindən seviləcək”.

 

Qeyd edək ki, Nazənin bu günə qədər Cabbar Musayev, Elşad Əzizi, Rövşən Məmmədovla duet oxuyub.

 

# 1514
avatar

Yalçın UĞUR

Oxşar yazılar