Bakıda "Porsche" ilə avtoxuliqanlıq edən sürücü saxlanılıb - <span style="color:red;">FOTO  - <span style="color:red;">VİDEO
24 oktyabr 2019 01:38 (UTC +04:00)

Bakıda "Porsche" ilə avtoxuliqanlıq edən sürücü saxlanılıb - FOTO - VİDEO

 

Paytaxtın Yasamal rayonu ərazisində "Porsche" markalı avtomobilin sürücüsü yüksək sürətlə Abdulvahab Salamzadə küçəsində yol hərəkəti qaydalarını pozub.

APA xəbər verir ki, sürücüyə Yasamal Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları "Saxla" əmri verib. Sürücü əvvəlcə avtomobilini saxlayıb, ancaq yol patrul xidmətinin əməkdaşlarının tələbinə əməl etməyib. Müvafiq sənədlərinin olmadığını deyərək avtomobillə ərazidən uzaqlaşıb. Daha sonra o, Mətbuat prospekti və Zərdabi küçələrində əks istiqamətli yola çıxaraq açıq-aşkar qəza şəraiti yaradıb. Ziya Bünyadov prospektində isə avtomobilini arxa-arxaya sürərək digər nəqliyyat vasitələrinin sürücülərini təhlükəli vəziyyətə salıb.

Onun bu əməli təhlükəsiz şəhər kameraları vasitəsilə qeydə alınıb. Məlum olub ki, sürücü digər iki nəqliyyat vasitəsini vuraraq qaçıb. Ziya Bünyadov prospektində isə avtomobilini ona bir daha "Saxla" əmri verən Yol Patrul Xidmətinin əməkdaşlarının üzərinə sürüb. Təxminən yarım saatlıq qaç-qovdan sonra sürücü Mətbuat prospektində süni tıxac yaradılaraq saxlanılıb. Məlum olub ki, avtomobili idarə edən 28 yaşlı Quliyev Elşən Tahir oğludur. O saxlanılaraq polis orqanına gətirilib. Sürücü törətdiyi əməli etiraf edib. Elşən Quliyevin idarə etdiyi "Porsche" martkalı avtomobil isə 5 saylı cərimə meydançaına yerləşdirilib.

Sürücü Elşən Quliyev alkoqol sərxoşluğunun müayinəsi məntəqəsinə aparılıb. Onun barəsində toplanılan materiallar məhkəməyə göndərilib.

 

# 1198
avatar

Oxşar yazılar