
Rusiyada mədəndə qəza: ölənlər var
Sibirdə Rusiyanın “Nornilsk Nickel” şirkətinə məxsus “Taymır” mədənində baş verən qəza nəticəsində üç nəfər ölüb, bir neçə nəfər yaralanıb.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə “Nornilsk Nickel” şirkəti məlumat yayıb.
"Oktyabrın 22-də baş verən hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. İlkin məlumata görə, 3 nəfər qəzada həyatını itirib. Hadisənin baş vermə səbəbləri dəqiqləşdirilir. Təcili xilasetmə xidməti hadisə yerindədir",- deyə məlumatda bildirilib.
Krasnoyarsk diyarı hökumətinin rəsmisi Anatoli Tsıkalov üç nəfərin öldüyünü təsdiqləyərək yaralıların olmadığını əlavə edib. "İş zamanı baş mexanik və baş mütəxəssis geri qayıtmayıb, usta onların ardınca getsə də o, da geri dönməyib. Daha sonra onların hər üçü tapılıb", - deyə o bildirib.
Hadisə ilə bağlı araşdırmaların başladığını bəyan edən şirkət mədənin fəaliyyətini davam etdirdiyi bildirib. Fövqəladə Hallar Nazirliyinin son məlumatına görə, mədəndə çökmə baş verməyib.
Qeyd edək ki, "Norilsk Nickel" dünyanın ən böyük nikel və palladium istehsalçısıdır, şirkət həmçinin platin, kobalt, mis və rodiumun istehsalında aprıcı yer tutur.
Oxşar yazılar

Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39
17 saat sonra reys ləğv olundu - İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
11 iyul 2025 , 17:27
Tualetlərə kamera qoyub 13 mindən çox adamı izlədi
11 iyul 2025 , 14:18
Trampın iqamətgahına silahla girən qadın tutuldu
11 iyul 2025 , 13:05
Dubayda süni intellektli restoran açılacaq
11 iyul 2025 , 06:14