
Siyəzəndə həmyerlisini öldürənin işi istintaqa qaytarıldı
Bakı Ağır Cinayətlər Məhkəməsində Siyəzəndə həmyerlisini namus üstündə öldürməkdə təqsirləndirilən 1967-ci il təvəllüdlü Asim Əbdülovun cinayət işi üzrə məhkəmə davam edib.
APA-nın məlumatın görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək Asim Əbdülovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Zərərçəkmiş tərəfin nümayəndəsi prokurorun çıxışından narazı qalıb. Vəkil Asim Əbdülovun əməlinin xüsusi amansızlıqla qəsdən adam öldürmə maddəsinə tövsif edilməsini istəyib. Müdafiəçi məhkəməyə vəsatət verərək, işə xitam verilməsini və ibtidai istintaqa qaytarılmasını istəyib.
Vəsatət təmin edilib və məhkəmə qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
Qeyd edək ki, hadisə bu il fevralın 11-də Siyəzən rayonundakı qəbiristanlıqların birində baş verib.
A.Əbdülov Elşən Qədirlini güllələyərək öldürüb. İlkin məlumata görə, qətlin səbəbi öldürülən şəxsin - E.Qədirlinin A.Əbdülovun evinə gələrək, pəncərəni gizlicə döyməsi olub. Bundan qəzəblənən A.Əbdülov E.Qədirlini qəbiristanlığa aparıb və qətlə yetirib.
Təqsirləndirilən şəxs ilkin ifadəsində həmyerlisini arvadına sataşdığı üçün qətlə yetdiyi deyib.
Oxşar yazılar

Sumqayıtda güllələnmə hadisəsi: bir nəfər öldü
13 iyul 2025 , 11:50
Qazaxda əkin sahəsində FACİƏ: traktorda kişi meyiti tapıldı
13 iyul 2025 , 11:34
Ölkədən qaçmaq üçün qayınanası ilə evləndi
13 iyul 2025 , 11:28
Zaqatalada FACİƏ: uşaq Tala çayında BOĞULDU - YENİLƏNİB
13 iyul 2025 , 08:08Bu gün 34 mindən çox abituriyent imtahan verəcək
13 iyul 2025 , 06:05
Sumqayıtda dəniz sahilində TƏHLÜKƏLİ ANLAR: arvadına maşın verdi, polis hər ikisini saxladı-VİDEO
13 iyul 2025 , 00:28
Daşkəsəndə 23 yaşlı gənc sirkə turşusundan zəhərləndi
13 iyul 2025 , 00:12
Xaçmazda "Range Rover" çaya aşdı
12 iyul 2025 , 23:01