
DİQQƏT: Bu rayonlarda qaz olmayacaq
0
0
Bu gün səhər saatlarında Sabirabad rayonunda 219 millimetr diametrində olan polietilen orta təzyiqli yeraltı “Şəhər-Muğan” daşıyıcı qaz kəmərinin Muğan prospektindən H.Əliyev prospektinə qədər olan hissəsində sazlama işlərinə başlanılıb.
Lent.az-a “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, bu müddətdə rayon mərkəzinin bir hissəsində qaz fasilələrlə veriləcək.
Xaçmaz rayonu, Vəlvələ kəndi istiqamətində isə istismarda olan qaz xəttində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bir qrup abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.
0
0