Çay sevənlər üçün YENİLİK
20 oktyabr 2019 09:15 (UTC +04:00)

Çay sevənlər üçün YENİLİK

Çay həvəskarları daha inkişaf etmiş beyinə sahib olur, çünki çay beyin neyronları arasındakı əlaqələri inkişaf etdirir.
 
e-tibb.az xarici mediaya istinadən xəbər verir ki, yeni aparılan tədqiqat milyonlarla çay sevən üçün xoş xəbər sayıla bilər.
 
Sinqapur Milli Universiteti, Çinin Wuyi Universiteti, həmçinin İngiltərənin Essex və Kembric universitetlərinin tədqiqatçıları qara, yaşıl çaylar və Çin çayı sayılan Ulun (Oolong) çayının  istifadəsinin beyinə müsbət təsir etdiyini açıqlayıblar.
 
Bildirilir ki, çay beynin fərqli hissələrinin bir-biri ilə yaxşı əlaqə yaratmasına kömək edir, bu isə demans kimi təhlükəli qocalıq pozğunluqları riskini azaldır.
 
Tədqiqatçılar çayın beyin quruluşlarına müsbət təsirinin ilk sübutlarını təqdim ediblər.
 
Nəticələrə görə, çay içən insanlar özlərini yaddaş zəifliyi kimi qocalıq xəstəliyindən qoruyurlar. Bu nəticəyə çay həvəskarı olan və olmayanların beyinlərinin müqayisəli təhlilindən sonra gəlinib.
 
Tədqiqatda 60 yaşdan yuxarı olan cəmi 36 nəfər iştirak edib. Düzdür, bu qədər az sayda iştirakçı ilə milyonlarla insanla bağlı nəticə çıxarmaq çətindir. Amma istənilən halda, bu, maraqlı araşdırma sayılır. Eləcə də elm çoxdan faydalı xüsusiyyətlərə sahib olan çayın orqanizmə, o cümlədən beyinə müsbət təsir göstərdiyini sübut edib.
 
e-tibb.az
# 747
avatar

Oxşar yazılar