Sərhəddə narkotik alverçiləri saxlanıldı - RƏSMİ
19 oktyabr 2019 10:05 (UTC +04:00)

Sərhəddə narkotik alverçiləri saxlanıldı - RƏSMİ

Oktyabrın 16-da Füzuli rayonunun Bala-Bəhmənli kəndi yaxın­lığında yer­lə­şən sərhəd zastavasının xidməti ərazisində, İrandan Azərbaycan isti­qa­mətində dövlət sərhədini pozmuş Cəbrayıl rayon sakini, 29 yaşlı Quluzadə Müşfiq Mehman oğlu saxlanılıb.

Lent.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) verilən məlumata görə, ilkin araşdırma zamanı sərhəd pozucusunun 2017-ci ildə rəsmi qaydada ölkə ərazi­sini tərk edərək İrana get­məsı, ba­rəsində cinayət işinin aparıl­ması və 2017-ci ildən etibarən Azərbaycan  hüquq-mühafizə orqanla­rının axtarışında olması müəyyən­ləş­diril­ib.

2019-cu il oktyabrın 17-də “Astara” dövlət sərhədindən buraxılış məntə­qə­sində İrandan Azər­bay­cana gələn İran və­tən­daşları, 34 yaşlı Bahonar Bastak Abad Salah Salehin və 27 yaşlı Yousefkikani Şirzad Aminin üzərinə sərhəd və gömrük baxışı keçiri­lərkən, daxili orqanlarından 630 qram narkotik vasitə aşkar olunaraq götürül­üb. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin digər iştirakçılarının müəy­yən­ləş­di­ril­məsi və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin əmək­daşlarının birgə keçirdikləri əməliy­yat-axtarış tədbirləri nəticəsində İran vətəndaşlarını qarşılayan Azərbaycan vətəndaşı, Astara rayonu, Ərçivan kənd sakini 50 yaşlı Cavadov Qadir Adil oğlu  şübhəli şəxs qismində saxlanılıb.

Oktyabrın 18-də Xaçmaz  rayonu, Yalama kəndi yaxınlığında yer­lə­şən sərhəd zastavasının xidməti ərazisində Rusiya Federasiyasından Azər­­baycan isti­qa­mətində dövlət sərhədini pozmuş Bakı şəhər sa­ki­ni, 26 yaşlı Bayramov Kamran Vidadi oğlu saxlanılıb. Araş­dır­ma zamanı sərhəd pozu­cu­sunun ba­rəsində cinayət işinin aparıl­ması və 2012-ci il­dən etibarən Azərbaycanın hüquq-mühafizə orqanla­rının ax­tarışında olması müəyyən­ləş­diril­miş­dir.

Hər 3 cinayət faktı ilə bağlı aidiyyəti üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

 

# 491
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar

Rəqqasə Renka qəzaya düşdü

Rəqqasə Renka qəzaya düşdü

18 mart 2024 , 23:21
Şəkidə DƏHŞƏT:  qan qusan yeniyetmə öldü

Şəkidə DƏHŞƏT: qan qusan yeniyetmə öldü

18 mart 2024 , 22:05
Arvadını və oğlunu  güllələdi

Arvadını və oğlunu güllələdi

18 mart 2024 , 19:25
“Nicat Lənkəranski”yə  hökm oxundu

“Nicat Lənkəranski”yə hökm oxundu

18 mart 2024 , 18:12
Bərdədə  azyaşlı qızı   it dişlədi

Bərdədə azyaşlı qızı it dişlədi

18 mart 2024 , 17:31
Bakıda oğurluq edən  keçmiş məhkum   tutuldu

Bakıda oğurluq edən keçmiş məhkum tutuldu

18 mart 2024 , 17:14
Bakı həbsxanasında məhkum öldü

Bakı həbsxanasında məhkum öldü

18 mart 2024 , 15:02
"Koroğlu"da qəza, yol keçilməz oldu

"Koroğlu"da qəza, yol keçilməz oldu

18 mart 2024 , 14:51
Bakıda  evdə meyit   tapıldı

Bakıda evdə meyit tapıldı

18 mart 2024 , 14:40