İngiltərə klubunun baş məşqçisi cəzalandırıldı: pul qoyuluşlarına görə
18 oktyabr 2019 15:55 (UTC +04:00)

İngiltərə klubunun baş məşqçisi cəzalandırıldı: pul qoyuluşlarına görə

 
 
İngiltərənin “Uimbldon” klubunun baş məşqçisi Uolli Dauns cəzalandırılıb.
 
APA-nın məlumatına görə, İngiltərə Futbol Assosiasiyası mütəxəssisi 4 həftəlik diskvalifikasiya edib.
 
Buna 58 yaşlı çalışdırıcının totalizatora pul qoyuluşu səbəb olub. O, 2013-14-cü illərdə 5, bu il isə 3 dəfə proqnoz verib.
 
U.Dauns 3 min funt sterlinq pul cəriməsi də ödəməlidir. Onun cəzası isə noyabrın 14-də başa çatacaq. Klub rəhbərliyi bundan sonra mütəxəssisin postunda saxlanıb-saxlanmaması ilə bağlı qərarını açıqlamayıb.
# 545
avatar

Oxşar yazılar