Bakıda 1 günlük körpə küçəyə atıldı: <span style="color:red;">Vəziyyəti ...
18 oktyabr 2019 12:06 (UTC +04:00)

Bakıda 1 günlük körpə küçəyə atıldı: Vəziyyəti ...

Bakı şəhəri, Lökbatan qəsəbəsi ərazisində 1 günlük oğlan uşağı küçəyə atılıb.

Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, körpə hipotermik vəziyyətdə (34 dərəcə istiliklə) Pediatriya İnstitutuna gətirilib:

"Uşağın vəziyyəti ağır olub, qanı təmizlənib və bütün tibbi yardımlar göstərilib. Hazırda vəziyyəti ağır kimi qiymətləndirilir".

Qeyd edək ki, sosial şəbəkədə yayılan məlumata görə, uşaq qutunun içərisində yorğançaya bükülmüş vəziyyətdə tapılıb.

Hadisə barədə hüquq-mühafizə orqanları məlumatlandırılıb.

# 935
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar