
“Bizim müəllim”: "Uğurlu müəllim şagirdləri ilə dost olmağı bacaran müəllimdir"
Təhsil Nazirliyinin “Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Gəncə şəhəri 31 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Nurlana Mirzəyevaya həsr olunub.
Lent.az məlumat verir ki, Nurlana Mirzəyeva 2015-2019-cu illərdə Gəncə Dövlət Universitetinin ibtidai sinif müəllimliyi ixtisasında təhsil alıb. 2019-cu ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçərək 53 bal toplayıb.
Cari tədris ilindən pedaqoji fəaliyyətə başlayan Nurlana Mirzəyeva deyir ki, dərs zamanı şagirdlərin dərsdən yorulmaması, əyləncəli bir şəkildə mövzunu mənimsəmələrinə çalışır. Nurlana Mirzəyeva şagirdlərini sevərək öyrədən müəllimin qarşılığını hər zaman alacağına inanır.
Gənc müəllim düşünür ki, müəllim hər bir uşağın imkanlarına inanmalı, şagirdlərin öz bacarıqlarını göstərmək və inkişaf etdirmək cəhdlərini stimullaşdırmalı və dəstəkləməlidir.
“Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.
Oxşar yazılar

Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46
İyul ayında qartopu oynadılar: Görünməmiş bir şey yaşadılar -FOTOLENT
5 iyul 2025 , 15:06
Sabahın tibbi-meteoroloji PROQNOZU
5 iyul 2025 , 14:45Dünyada İLK: Qadın süni intellektlə hamilə qaldı
5 iyul 2025 , 14:27
Sabah da çimərlik havası olmayacaq - PROQNOZ
5 iyul 2025 , 13:43