Azərbaycanda icra hakimiyyətinin əməkdaşı öldü – SƏBƏB
17 oktyabr 2019 13:55 (UTC +04:00)

Azərbaycanda icra hakimiyyətinin əməkdaşı öldü – SƏBƏB

0
 
Xocavənd rayon İcra Hakimiyyətinin əməkdaşı əməliyyat zamanı ölüb.
 
Lent.az-ın trend-ə istinadla verdiyi məlumata görə, Xocavənd rayonu, Muğanlı kənd ərazi nümayəndəsinin müavini Rəşad Rüstəmov evdə təmir işləri aparanda yıxılıb, nəticədə ağır bədən xəsarətləri alıb.
 
R.Rüstəmovun ayağı iki yerdən sınıb. Bir neçə gün xəstəxanada müalicə olunmasına baxmayaraq, dünyasını dəyişib. O, Ağcabədi rayon Mərkəzi Xəstəxanasında aparılan cərrahiyyə əməliyyatından sağ çıxmayıb.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 981

Oxşar yazılar