29 məktəb direktoru cəzalandırılıb - <span style="color:red;">Rəsmi
17 oktyabr 2019 11:39 (UTC +04:00)

29 məktəb direktoru cəzalandırılıb - Rəsmi

2019-cu ildə orta məktəblərə ölkə üzrə 300-ə yaxın yeni məktəb direktorları təyin edilib.
 
Lent.az-ın məlumatına görə, bu sözləri təhsil naziri Ceyhun Bayramov bu gün keçirilən mətbuat konfransında deyib.
 
Nazirin sözlərinə görə, il ərzində keçirilən nəzarət tədbirlərinin nəticəsində 8 nəfər məktəb direktoru, 6 nəfər direktor müavinin müqavilələrinin işinə xitam verilib:
 
"Bununla yanaşı 29 nəfər direktor və 37 nəfər direktor müavininə qarşı inzibati tədbirlər həyata keçirilib. 7 halla bağlı materiallarda çox ciddi problem aşkar olunduğu üçün sözügedən məlumatlar hüquq-mühafizə orqanlarına göndərilib".
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 812

Oxşar yazılar