
Uşaqların vaxtından əvvəl doğulma səbəbi açıqlandı
"Yeni doğulmuş körpələrlə bağlı əsas problem vaxtından əvvəl doğulmalardır. Ana bətnində infeksiyalaşmış körpələr adətən vaxtından əvvəl doğulur. Bu körpələrdə tənəffüs problemləri olur".
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin Neonatoloji Xidmətin Təkmilləşdirilməsi üzrə Xüsusi Komissiyanın sədri, baş neonatoloq Rüstəm Hüseynov bildirib. Onun sözlərinə görə, Azərbaycanda uşaqların 8-12 faizi vaxtından əvvəl doğulur: "İnkişaf etmiş ölkələrdə bu, təxminən 8 faiz olur, ancaq tibbi xidməti lazımi səviyyədə olmayan ölkələrdə 15-17 faizə çatır. Ümumilikdə yenidoğulmuşlar arasında xəstə uşaqların sayı 10 faizdən artıq olmur. Yeni doğulanlardan 1-2 faizi çox ağır vəziyyətdə doğulanlar olur ki, onların arasında vaxtından əvvəl doğulanlar da var. Vaxtından əvvəl doğulmuşlar arasında ölüm faizi əsasən üstünlük təşkil edir. Ekstremal az çəkili olanlar, yəni 1000 qramdan aşağı olan, 600-700-800 qramla doğulan körpələr arasında ölüm faizi daha çox olur. 1000-1500 qramla doğulan körpələr də çox aşağı çəkili hesab edilir. Vaxtından əvvəl doğulan körpələrin çəkisi təxminən 1800 qrama çatanda vəziyyətləri imkan verirsə, evə yazmaq olar. Ancaq evə yazılsalar belə, həmin körpələr daim nəzarətdə olurlar. Həmin körpəyə ayrı-ayrı mütəxəssislər baxırlar".
Oxşar yazılar

Oxu.az saytı 12 yaşını qeyd edir
1 iyul 2025 , 00:26
Böyük QALMAQAL: Lotereya səhvi minlərlə oyunçunu milyonçuya çevirdi
30 iyun 2025 , 19:07
Yeni həftə yalnız bu BÜRCLƏRƏ xoşbəxt bilet verəcək
30 iyun 2025 , 18:43
İyul ayında gözlənilən maqnit qasırğaları: təhlükəli TARİXLƏR
30 iyun 2025 , 17:38
Müəllimlərin işə qəbulunun ŞƏRTLƏRİ
30 iyun 2025 , 17:35
Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
30 iyun 2025 , 17:23
Çuxura düşən Cümşüdün ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
30 iyun 2025 , 16:46
İyulun əvvəlində yağış yağacaq, güclü külək əsəcək - Aylıq hava PROQNOZU
30 iyun 2025 , 16:16