
Smartfonun yüksək iş qabiliyyətini qoruyan SADƏ ÜSUL
İstifadəçilər pis keyfiyyətli fotoşəkillərə görə smartfonun yaddaş tutumunun 20 faizini itirirlər. Qurğunun məhsuldarlığını belə şəkilləri silməklə artırmaq mümkündür.
Lent.az “ictnews”a istinadla xəbər verir ki, bu barədə “Avast” şirkətinin tədqiqatında bildirilib.
Ekspertlər tərəfindən dünyanın 45 ölkəsində “Avast Cleanup” proqram təminatının 6 milyona yaxın istifadəçisinin anonim məlumatlarının təhlili aparılıb. Məlumatlar 2018-ci ilin dekabrından 2019-cu ilin iyununadək olan dövr ərzində toplanılıb.
Tədqiqatçıların hesablamalarına görə, istifadəçilər qurğularda orta hesabla 952 fotoşəkil saxlayırlar. Bunun təxminən 22 faizi isə pis keyfiyyətə malikdir: bulanıq, qaranlıq və ya təkrarlanan təsvirlər. “WhatsApp”da təqribən 292 şəkil saxlanılır: ekran şəkillərinin orta sayı 86 təşkil edir. Belə fotoşəkillər mütəmadi silinsə, smartfonun yaddaş tutumunun təxminən 20 faizini boşaltmaq olar.
“Avast” şirkətinin Rusiya və MDB üzrə nümayəndəliyinin rəhbəri Aleksey Fyodorov bildirib ki, yaddaş tutumunun çatışmazlığı smartfonun işləmə keyfiyyətinə təsir göstərir.
“Lazımsız şəkilləri silmək vərdişi qurğunun yüksək iş qabiliyyətini qorumaq üçün ən sürətli, sadə və pulsuz üsuldur”, – o əlavə edib.
Tədqiqata görə, telefonlarda ən az fotoşəkili 18-24 yaşlı cavanlar, daha çoxunu (mindən çox) isə 25-44 yaşlı istifadəçilər saxlayır. Bundan başqa, qadın istifadəçilərin smartfonlarında ümumilikdə 1053, kişilərdəkində isə 851 fotoşəkil saxlanılır.
Oxşar yazılar

50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
2 iyul 2025 , 11:49
Vertolyotdan qızılgül ləçəyi və pul səpələdilər
2 iyul 2025 , 05:13Qəddar edamlar və dəhşətli işgəncələr: HƏMAS Qəzzada müxalifəti necə məhv edir?
1 iyul 2025 , 19:59“Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktoru Ukraynada “arzuolunmaz şəxs” elan ediliblər
1 iyul 2025 , 19:26
Kim Çen Ina bənzərindən MESAJ: Özünü öldür və məni lider et
1 iyul 2025 , 19:20
Bu ölkədə qadınlar məcburi hərbi xidmətə cəlb olunacaq
1 iyul 2025 , 17:28
"II Qaregini Patriarxatlığı tərk etsin" - Paşinyan
1 iyul 2025 , 12:17