Badımcan turşusunu belə hazırlamısız? - <span style="color:red;">Usta öz sirlərini açır : <span style="color:red;"> Lent.az-ın mətbəxi
15 oktyabr 2019 16:33 (UTC +04:00)

Badımcan turşusunu belə hazırlamısız? - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az-ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
 
Bu dəfə sizi sosial şəbəkədə “Tamilla Babayeva” adı ilə məşhur olan səhifəyə istinadla badımcan turşusunun necə hazırlanması ilə tanış edəcəyik.
 
İçindəkilər:
 
2 kq badımcan, 300 qr şirin bibər (qırmızı, yaşıl istəyə görə), 3/2 hissə baş sarımsaq, sirkə, acı bibər zövqə görə, duz.
 
Hazırlanma qaydası:
 
Badımcanları yuyuruq, sonra saplaqlarını qısaldırıq. Orta hissəsini bir qat soyub azca kəsirik. Qazana 2 litr su və 5 xq duz əlavə edib, qaynadırıq. Su qaynara düşəndə badımcanları əlavə edirik. İstədiyiniz yumşaqlıqda qaynadıb, ocaqdan götürün. Daha sonra süzgəcə yığıb, üzərinə ağır əşya qoyub, bir gün saxlayırıq ki, acı suyu çıxsın. 
 
İçlik üçün bibərləri, sarımsaqları təmizləyirik və doğrayırıq. Sonra nanəni, kərəvizi, cəfərini yuyub, təmizləyib, xırda-xırda doğrayırıq. Daha sonra 1 xq duz, 2/1 st sirkə əlavə edib qarışdırırıq. Sonra içliyi badımcanların içərisinə əlavə edirik. Badımcanların içərisini doldurduqdan sonra sterilizə olunmuş bankalara sıx-sıx yığıb üzərinə balonun yarısına qədər sirkə və su əlavə edirik. Sonra 1 xq yarım duzu, 2/1 xq şəkər tozunu, isti suda həll edib üzərinə tökürük. Qapağını möhkəm bağlayıb sərin yerdə saxlayırıq. 
 
Nuş olsun!

# 1971
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar