AzTV-nin texniki bazası təkmilləşdiriləcək
“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nəzdində yaradılan Bədii Şuranın növbəti iclası keçirilib.
Lent.az-a AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, iclasda QSC sədri Rövşən Məmmədov Azərbaycan Televiziyasında siyasi və ideoloji işin düzgün qurulmasının və effektiv iş prinsipinin hər zaman prioritet vəzifə hesab edildiyini diqqətə çatdırıb. O, texniki bazanın təkmilləşdirilməsinin QSC-nin diqqət ayırdığı əsas məqamlardan biri olduğunu deyib.
Rövşən Məmmədov qeyd edib ki, verilişlərin daha effektiv hazırlanması üçün yaxın gələcəkdə yeni kameralar, səs avadanlıqları alınacaq. İclasda Bədii Şuranın üzvləri Azərbaycan Televiziyasının efir strukturu, hazırlanan verilişlərin bədii tərtibatı, diktor və aparıcıların peşəkarlıq səviyyəsi ətrafında diskussiyalar aparıblar.
Oxşar yazılar

Oxu.az saytı 12 yaşını qeyd edir
1 iyul 2025 , 00:26
Böyük QALMAQAL: Lotereya səhvi minlərlə oyunçunu milyonçuya çevirdi
30 iyun 2025 , 19:07
Yeni həftə yalnız bu BÜRCLƏRƏ xoşbəxt bilet verəcək
30 iyun 2025 , 18:43
İyul ayında gözlənilən maqnit qasırğaları: təhlükəli TARİXLƏR
30 iyun 2025 , 17:38
Müəllimlərin işə qəbulunun ŞƏRTLƏRİ
30 iyun 2025 , 17:35
Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
30 iyun 2025 , 17:23
Çuxura düşən Cümşüdün ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
30 iyun 2025 , 16:46
İyulun əvvəlində yağış yağacaq, güclü külək əsəcək - Aylıq hava PROQNOZU
30 iyun 2025 , 16:16