Blinçikin hazırlanması - <span style="color:red;">Usta öz sirlərini açır :<span style="color:red;"> Lent.az-ın mətbəxi
14 oktyabr 2019 19:56 (UTC +04:00)

Blinçikin hazırlanması - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
 
Bu dəfə sizi sosial şəbəkədə “Bizim Mətbəxdən” adı ilə məşhur olan səhifəyə istinadla blinçikin necə hazırlanması ilə tanış edəcəyik.
 
Tərkibi:
 
3 ədəd yumurta, 1.5 stəkan un, 1.5 xörək qaşığı şəkər tozu, 1 çay qaşığı duz, 325 ml süd, 325 ml su, 3 xörək qaşığı duru yağ
 
Hazırlanma qaydası:
 
Blinçiki hazırlamaq üçün öncə içliyi hazırlayırıq.
 
Əvvəlcə tavaya duru yağı və əti əlavə edib suyu çəkilənə qədər bişiririk. Sonra soğanı, duzu və istiotu əlavə edib, yaxşıca qarışdırıb, bişiririk.
 
Sonra xəmiri hazırlayacağımız qaba, yumurtaları şəkər tozunu, duzu  və duru yağı əlavə edib mikserlə qarışdırıq. Daha sonra südü və suyu əlavə edib çalırıq. Sonra isə unu yavaş-yavaş əlavə edib qarışdırırıq.
 
Blinçiki bişirəcəyimiz tavanı ocaqda isidirik. İsti tavaya blinçik xəmirindən biraz tökürük. Xəmirin hər iki tərəfini çevirib bişiririk. Amma bir tərəfini daha az bişirin ki, sonrada qızardanda çox yanmasın.
 
Daha sonra bişirdiyimiz blinçiklərə içliyi əlavə edirik. Büküb yenidən hər üzünü qızardırıq.
 
Nuş olsun!

# 6165
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar