
Atəşkəs rejimi 22 dəfə pozulub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.
Lent.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Voskevan, Voskepar kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım, Aşağı Əskipara, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Oxşar yazılar

İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Rəsmi Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48
Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi - Seyfəddin
1 iyul 2025 , 09:11
İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59
Mossad İranın yüksək vəzifəli məmurlarını ələ saldı – Sizi izləyirik
30 iyun 2025 , 18:55
Ərdoğan Azərbaycana gələcək
30 iyun 2025 , 16:38