İris konfetinin hazırlanması - <span style="color:red;">Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi
13 oktyabr 2019 15:19 (UTC +04:00)

İris konfetinin hazırlanması - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az-ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
 
Bu dəfə sizi sosial şəbəkədə “lavanda618” adı ilə məşhur olan səhifəyə istinadla iris konfetinin necə hazırlanması ilə tanış edəcəyik.
 
Tərkibi:
 
Şəkər tozu 175 qram, quru süd 125 qram, su  50 millilitr, kərə yağı 20 qram
 
Hazırlanması:
 
Şəkər tozunun yarısını qazana töküb ocağa qoyuruq. Şəkər əriyən kimi suyu tökürük ki, yapışmasına çalışırıq və şəkər tozunun qalanını əlavə edib əridirik.
 
Şəkər tozu tamam əridikdən sonra yağı əlavə edirik. Bir az qarışdırıb ocağı söndürürük. Soyuduqdan sonra quru südü töküb yaxşıca qarışdırırıq. Daha sonra hazır olan qarışığı tort şiprizi ilə əvvəlcədən hazır qoyduğumuz yağlı kağızın üzərinə əlavə edirik. Quruduqdan sonra irisləri saxlayacağınız qaba yığa bilərsiniz.
 
Nuş olsun!
 
# 2191
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar