
Bakıda bütün avtobuslar kart sisteminə keçiriləcək
İlin sonunadək Bakıda bütün avtobus marşrutlarının kart sisteminə keçidi təmin olunacaq.
“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
Onun sözlərinə görə, hazırda paytaxt ərazisində müntəzəm marşrut xətlərində istifadə olunan 503 avtobusda gediş haqqı kart sistemi ilə qəbul olunur, qalan böyük əksəriyyətində isə kart sistemi yoxdur.
“Bu prosesi gecikdirən əsas səbəblərdən biri avtobusların yenilənməsidir. Yəni, texniki baxımından yararsız olan avtobuslarda kart sisteminin tətbiqinin anlamı yoxdur. Lakin dövlət tərəfindən bu sahədə çalışan sahibkarlar üçün yaradılan şəffaf idarəetmə sistemi və əlverişli biznes mühitinin verdiyi imkanlar, daşıyıcılar tərəfindən yeni avtobusların gətirilməsinə maraq yaranıb. Bu imkanlardan istifadə edən daşıyıcılar tərəfindən təxminən 200-ə yaxın yeni nəqliyyat vasitəsi gətirilərək müxtəlif xətlər üzrə istismara verilib. Bunların sırasına 39, 81, 160, 64, 133, 202 və digər nömrəli marşrut xətlərini qeyd etmək olar ki, onlarda yeniləmə işləri aparılıb”, - M. Ağayev qeyd edib.
Agentliyin sözçüsü əlavə edib ki, hazırda dövlət tərəfindən də avtobus parkının yenilənməsi üzrə işlər aparılır və bu işlər çərçivəsində paytaxta yeni 300 avtobus gətiriləcək:
“Onlardan təxminən 210-u artıq Bakıdadır. Digərlərin də gətirilməsi üçün plana uyğun olaraq işlər aparılır. Proses tam olaraq noyabr ayında yekunlaşacaq. Ümumiyyətlə, bu avtobusların xətlərə buraxılması və kart sisteminə tam keçid bu ilin sonuna yekunlaşacaq”, - M. Ağayev əlavə edib.
Oxşar yazılar

XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09
Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38
XƏBƏRDARLIQ: Sabah günorta saatlarında çölə çıxmayın
11 iyul 2025 , 18:10
Süni intellektlə pəhriz yazanları nə gözləyir? - Canımızı "ChatGPT"yə etibar edə bilərikmi?
11 iyul 2025 , 17:12