"Qız nədi, oxumaq nədir, işləmək nədir" - <span style="color:red;">Tünzalə Ağayeva
10 oktyabr 2019 12:05 (UTC +04:00)

"Qız nədi, oxumaq nədir, işləmək nədir" - Tünzalə Ağayeva

Əməkdar artist Tünzalə Ağayeva bir neçə gün əvvəl küçədə əri tərəfindən 20 bıçaq zərbəsi ilə öldürülən Leyla Abdullayeva adlı qadın barədə danışıb. Lent.az-ın məlumatına görə, müğənni bu barədə sosial şəbəkədə status yazıb:

"Xocalı Soyqırımı dərdini daşımaq az deyil bizə? Hər gün qadın-ana soyqırımı baş verir. Belə "kişi"nin gücü erməni işğalçısına yox, qadına çatır. Nədir dünyaya gələn qızların günahı? 21-ci əsrdə hələ də ailələrdəki "Qız nədi, oxumaq nədir, işləmək nədir" düşüncələr cəmiyyəti məhv etməkdədir. Bu gün baxın, çox sayda qadın-qızlarımız öz hüquqları haqda ya tamamən məlumatsızdılar, ya da qorxurlar ata, ailə, cəmiyyət qınağından. Yaşadıqları sadəcə budur. Hələ də həyatı, sağlamlığı, övladı təhlükə altında olan qadınlarımız var. Demək ki, bizi sosial layihələr, proqramlar, televiziya, mətbuat, sosial media daha çox maarifləndirməlidir. Dəyərli ziyalılar, marifli insanlar, sənət insanları, media nümayəndələri, dostlar, gələcəyini düşünənlər - susmayaq. Növbəti faciəyə, cəhalətə imkan verməyək”.

 

# 1323
avatar

Yalçın UĞUR

Oxşar yazılar