
YENİLİK - Uçan taksilərin idarəetmə sistemi test edilir
ABŞ Kosmik Agentliyinə (NASA) məxsus “Ames Research Center” tədqiqat mərkəzi “Uber” taksi servisi ilə birgə sərnişin hava nəqliyyatı monitorinq sisteminin sınaqları üzrə layihənin icrasına başlayıb. Proqramın məqsədi şəhər şəraitində aerotaksi vasitəsilə hava daşımalarının təşkilidir.
Lent.az “ictnews”a istinadən xəbər verir ki, “Urban Air Mobility” (UAM) adlanan monitorinq sistemi müxtəlif yaşayış məntəqələrində uçan nəqliyyatın idarəetməsini həyata keçirəcək.
Tərtibatçıların sözlərinə görə, sistem kiçik hava gəmilərinə uçuş zamanı problemləri, o cümlədən toqquşma imkanını aradan qaldırmağa kömək edəcək. Birgə testlər zamanı hər iki şirkətin mütəxəssisləri yeni infrastrukturun yaradılması üçün lazımi informasiyanı müəyyənləşdirməyi planlaşdırırlar.
Bildirilir ki, söhbət təkcə uçan sərnişin nəqliyyatından deyil, həm də çatdırılma xidmətləri dronlarından gedir. Hazırda havaya tam işlək avianəqliyyatın qaldırılması nəzərdə tutulmur – ilkin testlər zamanı “NASA” və “Uber” kompüter sistemləri aşağı yüksəkliklərdə uçuşların müxtəlif ssenarisinin modelləşdirilməsi üçün birləşdiriləcək. Yaxın aylarda agentlik birgə işə hava daşımaları sahəsində fəaliyyət göstərən digər tərəfdaşları da cəlb etməyə hazırlaşır.
Oxşar yazılar

Zəngəzur dəhlizinə ABŞ nəzarət edəcək?
3 iyul 2025 , 01:38
İnanılmaz İDDİA: Deportasiya edilən adamyeyən təyyarədə özünü yedi
2 iyul 2025 , 18:02
50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
2 iyul 2025 , 11:49
Vertolyotdan qızılgül ləçəyi və pul səpələdilər
2 iyul 2025 , 05:13Qəddar edamlar və dəhşətli işgəncələr: HƏMAS Qəzzada müxalifəti necə məhv edir?
1 iyul 2025 , 19:59“Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktoru Ukraynada “arzuolunmaz şəxs” elan ediliblər
1 iyul 2025 , 19:26
Kim Çen Ina bənzərindən MESAJ: Özünü öldür və məni lider et
1 iyul 2025 , 19:20