NASA kosmonavtları BKS-da uğurlu əməliyyat keçirib
ABŞ Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) kosmonavtları Kristina Kuk və Endryu Morqan, Cessika Meir bazar günü Beynəlxalq Kosmik Stansiyasında (BKS) uğurlu əməliyyat həyata keçirib. Belə ki, onlar kosmosda qurğuların batareyalarını dəyişiblər.
APA TASS-a istinadla xəbər verir ki, bu barədə NASA-nın saytında qeyd edilib.
Stansiyada batareyaların dəyişdirilməsi üçün əvvəlcədən 6 saat yarım planlaşdırılsa da, bu iş təxminən yeddi saat davam edib.
Kosmonavtlar saat 07:39-da işə başlayaraq köhnə hidrogen-nikel elementlərinin yerinə iki yeni litium-ion batareyası quraşdırıblar.
16, 21 və 25 oktyabr tarixlərində kosmosda analoji işlər davam etdiriləcəyi bildirilib.
Qeyd edək ki, hazırda adıçəkilən NASA kosmonavtları ilə yanaşı, Rus kosmonavtları - Aleksandr Skvortsov, Oleq Skripoçka, habelə Avropa Kosmik Agentliyinin nümayəndəsi Luka Parmitano (İtaliya) BKS-dədirlər.
Oxşar yazılar

Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39
17 saat sonra reys ləğv olundu - İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
11 iyul 2025 , 17:27
Tualetlərə kamera qoyub 13 mindən çox adamı izlədi
11 iyul 2025 , 14:18
Trampın iqamətgahına silahla girən qadın tutuldu
11 iyul 2025 , 13:05
Dubayda süni intellektli restoran açılacaq
11 iyul 2025 , 06:14