<span style="color:red;">"Özümü öldürmək istəyirdim"  - Uzun illər yoxa çıxan müğənnimiz - <span style="color:red;">VİDEO
04 oktyabr 2019 17:36 (UTC +04:00)

"Özümü öldürmək istəyirdim" - Uzun illər yoxa çıxan müğənnimiz - VİDEO

Uzun illərdir efirlərdən uzaq düşən müğənni Şamo İsayev “Şou ATV” verilişinin qonağı olub.

Lent.az-ın məlumatına görə, ifaçı ilk dəfə dünyasını dəyişən övladından danışıb:

“Onun itkisi mənim ürəyimə elə dağ çəkdi ki, bilmədim nə oxuyuram. Ondan sonra bu bəlalara düçar oldum. Hündür bir qız idi. O? dünyasını dəyişən gün yer-göy ağlayırdı. Bir yaşlı qızım gözümün önündə dünyasını dəyişdi. Mənə çox pis təsir elədi. Özümü öldürmək istəyirdim. Qardaşım əsgərlikdən gəlmişdi, ailəmlə birgə kəndə onu görməyə getdik. Uşağın bir az soyuqdəyməsi var idi. Elə həmin gecə dünyasını dəyişdi. Onun itkisindən sonra mahnı oxumaq istəyim məhv oldu. Mən də bütün dərdləri ürəyimə yığa-yığa bu günlərə qaldım”.

# 1809
avatar

Yalçın UĞUR

Oxşar yazılar