
İstirahət günlərinin havası: yağış, şimşək ...
İstirahət günlərinin hava proqnozu açıqlanıb.
Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Bildirilib ki, Böyük və Kiçik Qafqazda havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam saatlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi oktyabrın 7-də ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu dağətəyi rayonlarda 25-30, dağlıq rayonlarda 15-20 dərəcə isti təşkil edəcək.
Lənkəran-Astara bölgəsində havanın əsasən yağmursuz keçəcəyi, lakin 7-də axşam şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, oktyabrın 7-də arabir güclənəcək. Havanın maksimal temperaturu 22-27, dağlıq rayonlarda 18-23 dərəcə isti təşkil edəcək.
Qazax-Gəncə zonasında əsasən yağmursuz keçəcəyi, lakin oktyabrın 6- da axşam bəzi yerlərdə şimşək çaxacağı, bəzi yerlərdə arabir qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi oktyabrın 7-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu 25-30 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi oktyabrın 7-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu 26-31 dərəcə isti təşkil edəcək.
Naxçıvan MR-da havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi oktyabrın 7-də arabir güclənəcək. Havanın maksimal temperaturu 27-32 dərəcə isti təşkil edəcək.
Paytaxtda isə havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin oktyabrın 5-də axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi oktyabr 7-də arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-20, gündüz 24-27 dərəcə isti təşkil edəcək.
Oxşar yazılar

Həyat heç vaxt əvvəlki kimi olmayacaq: Ulduzlar bu BÜRCLƏRƏ nə vəd edir
15 iyul 2025 , 00:02
İsti insanları öldürür - və bu, son deyil: Məyusedici PROQNOZ
14 iyul 2025 , 19:46
Sabah günorta saatlarında çölə çıxanlara XƏBƏRDARLIQ
14 iyul 2025 , 19:05
Bu həftə şanslı biletini tapacaq BÜRCLƏR
14 iyul 2025 , 18:21
Arıqlamaq istəyirsiniz? - Səhər yeməyini saat 11-dən sonra yeyin
14 iyul 2025 , 17:36
İstilər bu tarixədək davam edəcək
14 iyul 2025 , 16:46
Azərbaycanda yeni milli parklar yaradıldı - SƏRƏNCAM
14 iyul 2025 , 16:33
“Sputnik Azərbaycan” Mətbuat Şurasında MÜZAKİRƏ EDİLDİ
14 iyul 2025 , 16:21