Canlı efirdə <span style="color:red;">QALMAQAL DÜŞDÜ : "Çirkin insanlar..."
04 oktyabr 2019 09:59 (UTC +04:00)

Canlı efirdə QALMAQAL DÜŞDÜ: "Çirkin insanlar..."

Ötən gün “Maşın” şouda müğənni Ayan Babakişiyeva ilə meyxanaçı Aqşin Fateh arasında qalmaqal yaşanıb.

Lent.az-ın məlumatına görə, Ayan öncə meyxanaçıya bu sözləri deyib:

“İlk dəfə “Maşın” şouya qatılanda da şoka düşmüşdüm, indi də. Aqşin deyir ki, söz xiridarlarından səs istəyirəm. Bilal Əliyev də Azərbaycandan kənardan da səs istədi. Elə bil ki, xalq düşməninin üstünə hücum çəkiblər. Anlaya bilmirəm. Amma bir söz deyim, burada kimdə nə yoxdur, onu göstərməyə çalışır. Bəsdirin, ayıbdır, özünüz olun. Danışığınızla, hərəkətiniz üst-üstə düşmür. Artıq siz çirkinləşmisiniz”.

Aqşin Ayanın sözlərini cavabsız qoymayıb: “Mən indi hərəkətimi göstərəcəm. Çirkin insanlar hər şeyi çirkin görür. Gedin gözünüzü yuyun, təmizləyin. Efir başlayanda necəyəmsə, axıra qədər də eləyəm”.

Qeyd edək ki, ötən gün səs verməyə müğənni Fuad Musayev çıxarılıb, o, səs toplayacağı halda Ayanı oyundan uzaqlaşdıracağını deyib. Lakin sonda səs toplaya bilməyərək, oyundan gedib.

 

# 2471
avatar

Yalçın UĞUR

Oxşar yazılar