"Azərbaycan Xarici İşlər Nazirliyi Lüksemburqda Qarabağ və Düdelanj” oyunu zamanı baş verən təxribatla əlaqədar vəziyyəti nəzarətdə saxlayır".
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan XİN-in sözçüsü Leyla Abdullayevə "Twitter" səhifəsində yazıb.
"Azərbaycanın Lüksemburqa akkreditə olunmuş səfiri təxribata cavabdeh şəxslərin tapılması və müvafiq məsuliyyətə cəlb olunmasına əmin olmaq üçün Lüksemburq Xarici İşlər Nazirliyinə müraciət etmək barədə təlimatlandırılıb", - deyə L.Abdullayeva bildirib.