Əməkdar artist Yusif Mustafayev "Şou ATV" verilişində qonaq olub.
Lent.az-ın məlumatına görə, verilişdə ifaçı yaşadığı çətin günlərdən danışıb:
“Toyda məni elektrik cərəyanı vurdu. Düz 14 saat komada qaldım. Bu hadisə axşam saat 7-də olmuşdu, səhəri gün saat 10-da ayıldım ki, atam, əmim başımın üstündə durub. Həmin 14 saat ərzində o biri dünyanı gəzdim. Həmin vaxt bir aydan sonra övladım dünyaya gələcəkdi. Allah yoldaşıma və övladıma məni bağışladı. 1-2 ay yaddaşımda problemlər yarandı”.
İfaçı bildirib ki, bu hadisə də onun üçün son olmayıb: “19 il öncə 3 övladım, yoldaşım və mən Qubaya gedirdik, qəzaya düşdük. Ona görə də hər il avqustun 2-də qurban kəsirəm. O qəzada da kliniki ölüm keçirtmişəm. Ona görə də bədənimin əksər yeri sınıq-sınıqdır”.