332
15:22
02 Oktyabr 2019

Şəmkirdəki məktəb nə vaxt təmir olunacaq? - RƏSMİ CAVAB

Təmirsiz və yararsız vəziyyətdə olan Şəmkirin Zəyəm qəsəbəsindəki 1 nömrəli orta məktəb təmir olunacaq.

Bu barədə Lent.az -a Təhsil Nazirliyindən açıqlama verilib.

Nazirlik məktəbin nə zaman təmir olunacağını da açqılayıb:

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində sözügedən məktəbin əsaslı təmiri nəzərdə tutulub.

Qeyd edək ki, son 5 ildə 600-dən çox, 2003-2018-ci illər ərzində 3200-dən artıq yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub. Bugünədək həyata keçirilən tədbirlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılıb. Yeni tədris ilində 43 məktəb binası istifadəyə verilib, digər 41 məktəb isə ilin sonunadək təhvil veriləcək”.

Qeyd edək ki, sosial şəbəkədə Şəmkir şəhər, Zəyəm qəsəbəsindəki 430 şagirdin təhsil aldığı 1 nömrəli orta məktəbin yararsız vəziyyətdə olmağı ilə bağlı məlumat və şəkillər yer alıb. İsitmə sistemi, qapı-pəncərəsi olmayan məktəbə şagirdlərin qış aylarında özlərilə odun gətirdikləri qeyd olunub.