 
                            
                        Jurnalistlərin binasında səyyar qeydiyyat xidməti keçiriləcək - RƏSMİ
                                    
                                    
                                    0
                                
                                
                                    
                                    
                                    0
                                
                            
	Əmlak Məsələləri Dövlət Komitəsi oktyabrın 2-də saat 10:00-da Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü il 22 iyul tarixli sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş və onların mülkiyyətinə verilmiş ikinci binada səyyar qeydiyyat xidməti göstəriləcək.
	Lent.az-a bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.
	Bildirilib ki, jurnalistlərin mənzillərinə dair elektron çıxarışın hazırlanması üçün ilkin sənədlər toplanacaq.
	“Tədbir oktyabrın 2-si saat 10:00-da Bakı, Yeni Salyan yolunda yerləşən, jurnalistlərə verilən ikinci binanın həyətində baş tutacaq. Tədbirdə iştirak etmək istəyənlər Əmlak Məsələləri Dövlət Komitəsinin şöbə müdiri Qulu Xəlilovla (050-235-30-33) əlaqə saxlaya bilərlər”, - məlumatda qeyd olunub.
                            
                                            
                                            
                                            0
                                        
                                        
                                            
                                            
                                            0
                                        
                                     
                