
Zakir Qaralovdan Fuad Qəhrəmanlı ilə bağlı AÇIQLAMA
"AXCP sədrinin keçmiş müavini Fuad Qəhrəmanlı barəsində QHT-lərin müraciəti Baş Prokurorluqda baxılma ərəfəsindədir".
APA-nın məlumatına görə, bu barədə Baş Prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, qadın və uşaq hüquqlarını müdafiə edən Qeyri Hökumət Təşkilatları Fuad Qəhrəmanlının öz ailə üzvlərinə qarşı törətdiyi iztirablar, işgəncələr, ağır xəsarətlər yetirməsi ilə bağlı Baş Prokurorluğa müraciət ediblər: "Həmin müraciət hazırda Baş Prokurorluqda baxılma ərəfəsindədir. İlk növbədə zərərçəkənlərin rəsmi mövqeyini öyrənməliyik. Həm həyat yoldaşının, həm də azyaşlı qızının rəsmi mövqeyini öyrənəndən sonra qanun çərçivəsində qərar qəbul olunacaq".
Z.Qaralov deyib ki, bu gün özünü müxalifət adlandıran vətəndaşların hüquqların müdafiəsi üzrə özlərinə daim cəmiyyətə təqdim edən şəxslər öz ailələrində bu cür qanunsuz və vəhşi hərəkətlər etdiklərinə görə cəza almalıdırlar: "Bizdə olan məlumata görə, həmin partiyanın rəhbərinin də bundan xəbəri olub. Təəssüflər olsun ki, onlarda vaxtında bir tədbir görməyiblər və heç bir məlumat verməyiblər".
Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16