
Milli Məclisdə dövlət bayrağının asılması qaydası müzakirə edildi
“Bizim bayrağımızı İran və Türkiyədə düz asmırdılar”.
APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin payız sessiyasının ilk iclasında "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı millət vəkili Aqil Abbasov bildirib.
Millət vəkili deyib ki, Milli Məclisdə bayraqla bağlı qanunun qəbulundan, İran və Türkiyəyə bayrağın düzgün asılmaması ilə bağlı etirazlardan sonra bu məsələ həllini tapıb: “Ancaq Azərbaycanda hər Baş nazir bayrağı bir cür asmaq barədə qərar verir. Bu, düzgün deyil”.
Spiker Oqtay Əsədov qeyd edib ki, qanun qərardan irəlidir: “Mən Nazirlər Kabinetinin belə səhv qərarının da olduğunu eşitməmişəm”.
Millət vəkili Hikmət Babaoğlu qanun layihəsinin 9.5-ci maddəsində əksini tapan parça sözünün çıxarılmasını təklif edib. Millət vəkili qeyd edib ki, əgər söhbət dövlət bayrağından gedirsə, bu, qanun layihəsində əksini tapmalıdır. Nazirlər Kabinetinin qərarına gəlincə, H. Babaoğlu bildirib ki, vaxtı ilə bu məsələni manipulyasyia üçün müxalifət gündəmə gətirib: “Əslində isə burada ciddi bir məsələ yoxdur, bayrağa haradan baxmaqla bağlı məqamdır”.
Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli Nazirlər Kabinetinin qərarının bayraq yuxarıdan aşağı asılarkən rənglərin düzümü ilə bağlı olduğunu xatırladıb.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, bayraqdan istifadə qaydaları qanunla tənzimlənir: “Nazirlər Kabinetinin qərarında da hər hansı yanlışın olduğunu düşünmürük. Bu gün isə biz, sadəcə, texniki dəyişiklik edirik”.
Daha sonra qanun layihəsi müzakirəyə çıxarılaraq qəbul edilib.
Oxşar yazılar

Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
3 iyul 2025 , 15:50
Bütün avadanlıqlar söndürülüb, amma SAYĞACINIZ FIRLANIR – Azərbaycanda hara şikayət edilməli?
3 iyul 2025 , 15:33
Təkcə qarpız deyil: Yayda orqanizmi nəmləndirən bu 5 meyvəni tanıyın
3 iyul 2025 , 14:33
Rusiyada “az” domenli saytlara giriş məhdudlaşdırıldı
3 iyul 2025 , 13:52
Hədiyyə verilən əmlak boşananda bölünür? - CAVAB
3 iyul 2025 , 12:48
Sabah bu yerlərə leysan yağacaq - Hava PROQNOZU
3 iyul 2025 , 12:33
Bu rayonlara yağış yağır - FAKTİKİ HAVA
3 iyul 2025 , 12:04
Azərbaycanda bu qədər rusdilli məktəbə ehtiyac var? - TƏHLİL
3 iyul 2025 , 10:55