
Gəncədə idman avtomobillərindən maraqlı tryuklar - FOTOLENT - VİDEO
Sentyabrın 29-da Gəncə şəhərində Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə “V1 Challenge Gəncə” - idman avtomobillərinin yarışı və şousu keçirilib.
AAF-dan APA-ya verilən məlumata görə, Heydər Əliyev Park Kompleksi ərazisində 20 mindən çox tamaşaçının izlədiyi yarış həyəcan dolu anlar, maraqlı tryuklarla yadda qalıb.
“V1 Challange Gəncə” yarışında” “Volkicar”lar, kartinq və drift avtomobilləri, sportkarlar iştirak edib.
Tədbirdə tanınmış pilotlar – “Drift GP International” promouteri Neyl Qan (Niall Gunn), drift üzrə Almaniya çempionu Sebastian Fonteyn (Sebastian Fontijn), “Drift All Stars European Series” yarışlarının qalibi Martin Riçards (Martin Richards), “Drift GP International” yarışlarının texniki direktoru Antanas Kiquolis (Antanas Kyguolis), eləcə də yerli drift və “Volkicar” pilotları çıxış ediblər.
Avtoidman həvəskarları üçün “Volkicar”, drift və idman avtomobillərinin yürüşü, “Volkicar”ların yarışı, “Volkicar” və sportkarla “burnout”, drift şouları təqdim olunub.
Tamaşaçılar arasında avtomobil idmanı və yol hərəkəti təhlükəsizliyi mövzusunda viktorina da keçirilib, fəal iştirakçılar mükafatlandırılıb.
Viktorina başa çatdıqdan sonra “Volkicar” avtomobillərinin yarışı keçirilib.
Drift yarışları üzrə pilotlar Elvin Xudayarov birinci yerin, Adil Axundov ikinci, Fəxri Gülməmmədov isə üçüncü yerin qalibi olub.
V1 Challange yarışında isə pilotlar Fərid Məmmədov birinci, Azad Hüseynov ikinci, Mətin Orucov isə üçüncü yerə sahib olub.
Sonda qaliblərə kuboklar təqdim olunub.
1-ci yerin qalibi Fərid Məmmədov bunları deyib: “Sevindirici haldır ki, ilk dəfə Gəncə şəhərində idman avtomobillərinin yarışı keçirilir. Bu cür yarışların keçirilməsi avtomobil idmanı mədəniyyətinin yüksəlməsi və yollarda avtoxuliqanlıq, eləcə də qəzaların sayının azalması üçün əhəmiyyətlidir. Tamaşaçıların alqışları göstərdi ki, Gəncədə də avtomobil idmanına böyük maraq var. Son dövrədə azarkeşlər öz alqışları ilə mənə böyük dəstək oldular və mən birinci oldum. Bizim yarışı böyük həyəcanla sonadək izlədiklərinə görə driftsevərlərə minnətdarlığımı bildirirəm”.
2-ci yerin qalibi Azad Hüseynov bildirib ki, sevdiyi idmanla məşğul olduğuna görə bu cür yarışlara böyük həvəslə qatılır: “Bütün yarışlarda olduğu kimi bu dəfə də çox həyəcanlı idim. Bununla belə gəncəli azarkeşlərin dəstəyini hiss etdim və 2-ci yerin qalibi oldum. İlk dəfə Gəncədə keçirilən bu yarış yüksək səviyyədə təşkil olunub. Belə yarışların bir daha Gəncədə keçirilməsini arzu edirəm. Gələcəkdə də bu cür yarışlar Gəncə şəhərində təşkil olunarsa bir pilot kimi mütləq iştirak edəcəyəm”.
3-cü yerin qalibi Mətin Orucov böyük fəxr hissi keçirdiyini vurğulayıb: “Gəncədə yarışdım və 3-cü yerin qalibi oldum. Ümidvaram ki, gələcəkdə Avropada keçirilən yarışlarda da qalib olacağıq”.
Qeyd edək ki, sentyabrın 30-dan Azərbaycan Avtomobil Federasiyası tərəfindən Gəncədə Yol Hərəkəti Təhlükəsizliyi həftəsi də keçirilir. Bu tədbirlər çərçivəsində “Yollarda təhlükəsiz davranışı həyat tərzinə çevirək” adlı konfrans və Gəncənin bir sıra ümumtəhsil məktəblərində yol hərəkəti təhlükəsizliyinə həsr olunan təlimlər təşkil olunacaq.
Konfrans və təlimləri AAF-ın yol hərəkəti təhlükəsizliyi üzrə məsləhətçiləri Əlləz Əliyev, Ərşad Hüseynov və Sahib Əsgərov aparacaq. İştirakçılara yol hərəkəti təhlükəsizliyi, o cümlədən yol nişanları, işıqfor, piyada keçidi və digər istiqamətlər üzrə məlumatlar veriləcək.
Oxşar yazılar

Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46
İyul ayında qartopu oynadılar: Görünməmiş bir şey yaşadılar -FOTOLENT
5 iyul 2025 , 15:06
Sabahın tibbi-meteoroloji PROQNOZU
5 iyul 2025 , 14:45Dünyada İLK: Qadın süni intellektlə hamilə qaldı
5 iyul 2025 , 14:27