Şamaxıda Nəsiminin heykəl instalyasiyasının açılışı olub - FOTO
Sentyabrın 29-da Şamaxının Meysəri kəndində ikinci “Nəsimi-şeir, incəsənət və mənəviyyat Festivalı” çərçivəsində Nəsimi heykəl instalyasiyasının açılışı olub.
APA xəbər verir ki, festival iştirakçılarının, eləcə də nəsimisevərlərin, ziyalıların qatıldığı açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov çıxıs edərək Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gələn heykəl instalyasiyasının Azərbaycanda dahi şair və mütəfəkkir İmadəddin Nəsimiyə, ümumən yaradıcı insanlara Fondun göstərdiyi diqqət və qayğının təzahürü olduğunu söyləyib.
Heykəl instalyasiyanın müəllifi Rəşad Ələkbərov "Nəsiminin ruhu” adlı heykəl-instalyasiyanı İmadəddin Nəsiminin "Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam” beytindən qaynaqlanaraq yaratdığını qeyd edib.
Açılış mərasimində Estoniyanın “Tallin oğlanları xoru”nun çıxışı da olub.

Oxşar yazılar

“Qarabağ şikəstəsi”ni dinləyib, döyüşə girirdilər... – VİDEO - FOTO
16 yanvar 2021 , 10:00
Şuşaya qayıtmaq haqqı... - FOTOLENT - YENİLƏNİB
15 yanvar 2021 , 12:43
“Yeralaş”ın bədii rəhbəri koronavirusdan vəfat etdi
15 yanvar 2021 , 00:34
ICESCO-dan təklif: "Şuşa İslam dünyasının mədəniyyət paytaxtı olsun"
14 yanvar 2021 , 17:24
“Nizami ili” ICESCO-da da qeyd ediləcək
14 yanvar 2021 , 16:55
Donald Trampın “Evdə tək -2” filmindən çıxarılması tələb olunur
14 yanvar 2021 , 14:58
Sürgündə sevgi, şahın ölümcül qəzəbi, Qalada ölən qalalı şairin nisgili... – Şəhid ziyalı
14 yanvar 2021 , 09:00
Əməkdar artist koronavirusdan vəfat etdi
13 yanvar 2021 , 19:21