
Boksçularımız Dağıstanda turnirdə 11 medal qazanıblar
Dağıstanın Aquşa kəndində azərbaycanlı boksçu, üçqat dünya çempionu, London Yay Olimpiya Oyunlarının mükafatçısı Məhəmmədrəsul Məcidovun şərəfinə turnir keçirilib. Sentyabrın 26-dan 29-dək yeniyetmə boksçular arasında təşkil edilən yarışda ölkəmizi məşqçi Tofiq Babayevin rəhbərliyi altında Baku Fayt Lab (BFL) klubunun yetirmələri təmsil ediblər.
Boksçularımız turnirdə uğurla çıxış edərək 11 medal qazanıblar. Yığmanın üzvlərindən Tacı Tağızadə (57 kq), Həsən Məlikov (49 kq), Ənvər Babayev (66 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Mirabbas Şahsuvarlı (60 kq), Rəsul Məmmədov (54 kq) yalnız finalda məğlub olaraq gümüş medal qazanıblar. Emin İbrahimov (60 kq), Zəlimxan Süleymanov, Elmar Abbasov (hər ikisi 56 kq), Hikmət Tağızadə (75 kq), Türkeş Mustafayev (69 kq) və Asif Hüseynov (63 kq) isə bürünc medala layiq görülüblər.
BFL-in baş məşqçisi Rasim Məmmədov verdiyi müsahibədə boksçularımızın çıxışlarını yüksək qiymətləndirib: “Azərbaycanlı boksçu M.Rəsulovun boya-başa çatdığı doğma Aquşa kəndində keçirilən turnirdə komandamızın üzvləri yüksək ustalıq nümayiş etdirdilər. Onların əksəriyyəti artıq gələn ildən gənclər arasında güclərini sınayacaqlar. Qarşıda komandamızı bir sıra yarışlar gözləyir. Ümid edirəm ki, boksçularımız növbəti turnirlərdə də öz sözlərini deyəcəklər”.
(AZƏRTAC)
Oxşar yazılar

"Hazır ol, “Barselona” və bütün dünya" - Yamal görün nə deyir
3 iyul 2025 , 10:11
Azərbaycan güləşçisi Avropa çempionu oldu
3 iyul 2025 , 04:19
Azərbaycan güləşçisi Avropa çempionatının FİNALINDA
2 iyul 2025 , 22:54
Tezliklə toy olacaq: Kərim Benzema aktrisa ilə evlənəcək
2 iyul 2025 , 19:58
FİFA-dan Qvardiolaya ŞOK: cəzalandırılmaq riski var
2 iyul 2025 , 14:49
İspaniya La Liqası: Birinci tur cütlükləri
2 iyul 2025 , 12:49
Yurgen Klopp tarixin ən yaxşı məşqçisinin adını AÇIQLADI
1 iyul 2025 , 19:33
“Liverpul”un hücumçu üçün üç namizədi AÇIQLANDI
1 iyul 2025 , 18:54