
Misirdə türk tələbələr saxlanılıb
Misirdə bu ölkənin prezidenti Əbdül Fəttah əs-Sisinin istefası tələbi ilə keçirilən aksiyalar zamanı həbs olunanlar arasında 3 türk tələbə də olub.
APA-nın Türkiyə mediasına istinadla verdiyi xəbərə görə, tələbələrdən birinin valideyni oğlunun iş stajı üçün Misirə getdiyini, siyasətlə heç bir əlaqəsi olmadığını, sadəcə aksiyaların keçirildiyi əraziyə yaxın oteldə qaldığı üçün təsadüfən həbs olunduğunu bildirib.
Digər tələbə isə ərəb dili öyrənmək üçün iki ay öncə Misirə gedib və hazırda casusluqda ittiham olunur.
Həbs edilən 3-cü tələbənin kimliyi haqqında məlumat yoxdur.
Qeyd edək ki, İspaniyada mühacir həyatı yaşayan, vaxtilə Misirin indiki hakimiyyətinə yaxın hesab edilən iş adamı Məhəmməd Əli Misir prezidenti Əbdül Fəttah əs-Sisini rüşvətdə ittiham edərək misirliləri küçəyə çıxmağa səslədikdən sonra bu ölkədə aksiyalara start verilib.
Oxşar yazılar

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə mindi
19 iyul 2025 , 06:05
İsrail və Suriya atəşkəs barədə razılığa gəldi
19 iyul 2025 , 03:16
Ankarada leysan fəsadlar törətdi
18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü
18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi
18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu
18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var
18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi
18 iyul 2025 , 05:38