"Real"ın 10 futbolçusu antidopinq yoxlanışında
28 sentyabr 2019 13:35 (UTC +04:00)

"Real"ın 10 futbolçusu antidopinq yoxlanışında

Madridin "Real" klubunun 10 futbolçusu "Atletiko" ilə derbi oyunu öncəsi antidopinq yoxlanışına məruz qalıb.

Lent.az-ın qol.az-a istinadən verdiyi məlumata görə, ötən gün "Kral klubu"nun Valdebebasdakı bazasına UEFA nümayəndələri gəliblər. Onlar təsadüfi seçim əsasında 10 oyunçunu yoxlayıblar.

Bu, "Real"ın həftə ərzində ikinci antidopinq yoxlanışıdır. İlk belə hal sentyabrın 23-də gerçəkləşib.

Qeyd edək ki, Madrid derbisi bu gün "Vanda Metropolitano" stadionunda keçiriləcək. Start fiti Bakı vaxtı ilə saat 23:00-da çalınacaq.

 

# 524
avatar

Oxşar yazılar