Bu gün Madrid derbisi var
28 sentyabr 2019 12:24 (UTC +04:00)

Bu gün Madrid derbisi var

Bu gün La Liqada 7-ci turun oyunları davam etdiriləcək.

Lent.az qol.az-a istinadən xəbər verir ki, turun mərkəzi qarşılaşması Madriddə olacaq. Paytaxt derbisində “Atletiko” əzəli rəqibi “Real”ı qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 23.00-da başlanacaq.

Qeyd edək ki, 6 turdan sonra “Real” 14 xalla 1-ci, “Atletiko” isə 13 xalla “Real Sosyedad”la ikinci-üçüncü yeri bölüşdürür.

10 xalla 7-ci pillədə qərarlaşan "Barselona" isə bu gün "Xetafe"nin qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 18.00-da start götürəcək.

 

 

 

 

 

# 600
avatar

Oxşar yazılar