Bombardirlik yarışında lider oldu – <span style="color:red;">La Liqa
28 sentyabr 2019 10:32 (UTC +04:00)

Bombardirlik yarışında lider oldu – La Liqa

La Liqanın 7-ci turunda “Vilyarreal” “Betis”ə 5:1 hesabı ilə qalib gəlib.

Lent.az qol.az-a istinadən xəbər verir ki, “Vilyarreal”ın hücumçusu Jerar Moreno bir dəfə fərqlənə bilib. Bununla da o, bu çempionatda vurduğu qolların sayını 6-ya çatdırıb və bombardirlik yarışında liderliyə yüksəlib.

İkinci-üçüncü yerləri hərəyə 5 qolla Kərim Benzema (“Real”) və Loren Moron (“Betis”) tutur.

 

# 880
avatar

Oxşar yazılar