
İlham Əliyev BVF-nin Sərəncamçı direktorunu təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Valyuta Fondunun Sərəncamçı direktoru Kristalina Georgiyevaya təbrik ünvanlayıb.
APA-nın xəbərinə görə, təbrikdə deyilir:
"Hörmətli xanım Georgiyeva,
Beynəlxalq Valyuta Fondunun Sərəncamçı direktoru vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Biz Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu arasındakı əməkdaşlığa böyük əhəmiyyət veririk. Bu baxımdan ölkəmizdə həyata keçirilən iqtisadi islahatlara Beynəlxalq Valyuta Fondunun dəstəyini məmnunluqla qeyd etmək istərdim.
Ümidvaram ki, Sizin rəhbərliyinizlə Beynəlxalq Valyuta Fondu qlobal maliyyə-iqtisadi və valyuta sisteminin idarə edilməsi ilə bağlı qarşısında duran məsul vəzifələrin öhdəsindən layiqincə gələrək, beynəlxalq maliyyə əməkdaşlığının möhkəmləndirilməsinə töhfələr verəcəkdir.
Bir daha Sizə öz təbriklərimi yetirir, möhkəm cansağlığı, qarşıdakı məsul işinizdə uğurlar arzulayıram".
Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16