Yataq və qonaq otağınızı bu rəngə boyasanız...  "<span style="color:red;">Evimizi bəzəyək"
26 sentyabr 2019 18:01 (UTC +04:00)

Yataq və qonaq otağınızı bu rəngə boyasanız... "Evimizi bəzəyək"

Lent.az -da "Evimizi bəzəyək" layihəsində növbəti yazımızı təqdim edirik.
 
Bu dəfə xarici KİV-ə istinadən sizə payızın canlı və isti rəngi hesab edilən narıncı tonlarla yataq və qonaq otağı dizaynı təqdim edəcəyik.
 
Mütəxəssislər bildirir ki, xüsusilə yataq və qonaq otağı üçün ideal hesab edilən bu rəng özünə uyğun rəng tonları ilə sintez edilərsə, daha gözəl görünər . 
 
Narıncı rəngə uyğun çalarları yastıqlarda, pərdələrdə istifadə edərək zövqlü dekor əldə etmək olar.
 
Bu rəngə ən yaxşı uyğunlaşan çalarlar ağ və açıq mavi tonlardır.
 
Narıncı rəng isti ton olduğu üçün onu açıq mavi ilə sintez etsəniz daha düzgün seçim etmiş olarsınız. Həm narıncı, həm də mavi tona gözəllik verən ağ rəng bu çalarlarla birlikdə istifadə edilərsə daha yaxşı görünər.
 
Eyni zamanda narıncı tonu, krem və boz rənglərlə də sintez etmək olar.
 
Bununla yanaşı narıncı rəngi açıq yaşıl tonlarla uyğunlaşdırsanız evinizə daha möhtəşəm görüntü bəxş edə bilərsiniz.
 
 
 
 
 
 
 
# 1671
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar