
“İnstaqram” hesabına müdaxilə üçün YENİ ÜSUL aşkarlandı
Kibertəhlükəsizlik məsələləri ilə məşğul olan “Naked Security” şirkətinin mütəxəssisləri “İnstaqram” sosial şəbəkəsində yeni fırıldaqçılıq üsulu aşkarlayıblar.
Lent.az “ictnews”a istinadla xəbər verir ki, bu barədə şirkətin saytında deyilib.
Mütəxəssislərin məlumatına görə, əvvəlcə istifadəçilərin poçtuna əqli mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar onların “İnstaqram” hesabının 24 saat sonra bloklanacağı barədə elektron məktub göndərilir. Ekspertlər məktubun çoxlu qrammatik səhvlərə yol verilməklə tərtib olunmasına diqqət yetiriblər.
Bildirilir ki, məktubda aktiv keçidə malik “Copyright Objection Form” (Əqli mülkiyyət hüquqlarının pozulmasına etiraz forması) adlı düymə yer alıb. İstifadəçiyə hesabın bloklanmaması üçün onun üzərinə basmaq təklif olunur. Düyməyə basılan zaman “İnstaqram”da elektron ünvanı “.com” ilə deyil, “.cf” ilə bitən saxta səhifəyə keçid baş verir.
Səhifədə istifadəçiyə doğum tarixi, elektron poçt ünvanı və “İnstaqram” parolunun daxil edilməsi təklif olunur. Daha sonra bu məlumatları daxil edən istifadəçi “İnstaqram” şəbəkəsində mövcud olan profil səhifəsinə yönləndirilir.
Ekspertlər tərəfindən istifadəçilərə elektron poçta daxil olan məktubları diqqətlə oxumaq və hesab parolunun oğurlanması zamanı onu ələ keçirməyi çətinləşdirən ikifaktorlu autentifikasiyadan istifadə tövsiyə edilir.
Oxşar yazılar

Miqrantları təyyarəyə doldurub bura göndərəcəklər
10 iyul 2025 , 06:03
Texasda ölənlərin sayı 119 oldu
10 iyul 2025 , 03:48Daha bir diaspor rəhbəri Rusiyadan deportasiya olundu - YENİLƏNİB
9 iyul 2025 , 23:52Hər şey bir sillə ilə məhdudlaşmadı: Bricit Makron Emmanuelə hər şeyi sözsüz "başa saldı" - VİDEO
9 iyul 2025 , 19:21
Ermənistanda deputat həbs olundu
9 iyul 2025 , 19:04
Lotereyadan 6 milyon uddu, axtarışa verildi
9 iyul 2025 , 14:58
Bu gün gündüz 2 saniyə tez bitəcək
9 iyul 2025 , 14:29
13 nəfər bu səhvə görə İNTİHAR ETDİ
9 iyul 2025 , 12:46