333
17:14
25 Sentyabr 2019

Peşə məktəblərində işləmək istəyənlərin sənəd qəbulu yekunlaşdı

Dövlət peşə təhsili müəssisələrində işləmək istəyən ümumtəhsil və ixtisas fənn müəllimlərinin, istehsalat təlimi ustalarının işə qəbulu üzrə sənəd qəbulu başa çatıb.

Təhsil Nazirliyindən Lent.az -a bildirilib ki, namizədlərmüsahibə mərhələsinə dəvət olunacaqlar.

Müsahibələrin sentyabrın 26-dan 30-dək təşkili nəzərdə tutulur.

Yekun nəticələr oktyabrın 1-də elan ediləcək.